Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ hakimiyyəti qeyri-qanuni yolla ölkədə yaşayan azyaşlı miqrantlar üçün xüsusi ödənişlər tətbiq etməyi düşünür.
Tezadlar.az xəbər verir ki, CBS-in hökumət sənədlərinə istinadən yaydığı məlumata görə, yetkinlik yaşına çatmayanların öz ölkələrinə könüllü qayıtması üçün maddi həvəsləndirmə proqramı hazırlanır.
Proqram ölkədə qeyri-qanuni olaraq yetkinlik yaşına çatmayan on dörd-on yeddi yaş arasında olan hər bir gəncə 2500 ABŞ dolları ayrılmasını nəzərdə tutur. Qeyd olunur ki, Meksika vətəndaşları bu proqrama uyğun gəlməyəcək və ya müvafiq maliyyə dəstəyi ala bilməyəcəklər.
Bu tədbirlər azyaşlı miqrantların daimi yaşadıqları ölkələrə könüllü qayıtmaları üçün şəraitin yaradılmasına yönəlib. Proqram miqrasiya proseslərinin tənzimlənməsi və qeyri-qanuni sərhəd keçidlərinin sayının azaldılması üzrə silsilə tədbirlər çərçivəsində hazırlanır.
E.ŞİRİNOV