6 Oktyabr 2025 / 09:54

Merzdən dron hadisələri ilə bağlı aşıqlama

Almaniyanın hava məkanında aşkarlanan pilotsuz təyyarələr kəşfiyyat təyyarələri olub və silahlı olmayıblar.

Tezadlar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz ARD telekanalına müsahibəsində pilotsuz təyyarələrlə bağlı insidentlərin təfərrüatlarını açıqlayıb.

“İctimaiyyəti sakitləşdirə bilərəm: silahlı pilotsuz təyyarə ilə bağlı bir dənə də olsun insidentimiz və ya əməliyyatımız olmayıb. Bunlar casusluq cəhdləridir, həm də əhalini qorxutmaq cəhdləridir. Biz bilirik ki, bununla bağlı nəsə etmək lazımdır və edəcəyik”, – o deyib.

Onun sözlərinə görə, Münhen hava limanı üzərində müşahidə edilən pilotsuz təyyarələrin mənşəyi hələ müəyyən edilməyib, lakin bu hadisələrin arxasında kimin olmasından asılı olmayaraq, onlar Almaniyanın təhlükəsizliyinə “ciddi təhlükə” yaradırlar, – deyə Merz yekunlaşdırıb.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə baş verən dron insidentlərinə münasibət bildirib. O bildirib ki, pilotsuz təyyarələr heç bir təhlükə yaratmadığından vəziyyətə sakit və ayıq baxmaq lazımdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!