Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatını timsahla müqayisə edərək, Avropanı ona yem verməməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, siyasətçinin sözlərini “Euronews” sitat gətirib.
“Timsahı yedizdirməyin, çünki o, İsraili udduqdan sonra sizin üçün gələcək”, – Netanyahu bildirib.
İsrail baş nazirinin sözlərinə görə, Avropa “Fələstin terrorizminə” və onun ərazisində yaşayan radikal islamçı azlığa tabe olub. O, Fələstin Dövlətinin tanınmasını HƏMAS üçün avropalıların mükafatı hesab etdiyini vurğulayıb.
Bundan əvvəl “Financial Times” ABŞ prezidenti Donald Trampın İsrailə təqdim etdiyi Qəzza zolağında sülh nizamlanması planının Netanyahu üçün gözlənilməz biabırçılıq olduğunu yazıb.
Qəzetin mənbəsi qeyd edib ki, “bu, son xəyanət kimi hiss olunurdu”.
E.ŞİRİNOV