Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın baş naziri Sebastian Lekornu istefasının ölkənin qütbləşmiş siyasi partiyaları arasında kompromis tapa bilməməsi ilə əlaqədar olduğunu bəyan edib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “The Washington Post” nəşri yazıb.
“Baş nazir olmaq xüsusilə indiki dövrdə çətin işdir”, – deyə siyasətçi bildirib.
Lekornu vurğulayıb ki, o, “irəliyə yol açmağa” çalışdı, lakin “partiya iştahları” kompromis tapmağı faktiki olaraq qeyri-mümkün etdi.
“Hər bir siyasi partiya özünü elə aparır ki, sanki parlamentdə öz çoxluğu var”, – o əlavə edib.
Qeyd edək ki, oktyabrın 6-da Lekornu təyinatından bir ay keçməmiş Fransanın baş naziri vəzifəsindən istefa verdi. Onun istefasına səbəb Lekornunun kabinetini, xüsusən də sağçı partiyaların sərt tənqidi olduğu bildirilir.
E.ŞİRİNOV