7 Oktyabr 2025 / 06:58

Tramp Ukraynada gərginliyin olmasını istəmir

ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü ehtimalından danışarkən, münaqişənin daha da gərginləşməsinə çalışmadığını bəyan edib.

“Mən eskalasiya görməyə çalışmıram”, – Tezadlar.az xəbər verir ki, RİA Novosti onun sözlərini sitat gətirir.

Bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, o, faktiki olaraq Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü ilə bağlı qərar qəbul edib. O, bu qərarın mahiyyəti barədə ətraflı məlumat verməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!