Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Oktyabr 2025 / 08:24

Tramp Qreta Tunberqi dəli adlandırıb

ABŞ prezidenti Donald Tramp isveçli fəal Qreta Tunberqi dəli adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“O, sadəcə olaraq problem yaradandır… Onun özünü idarə etməkdə problemləri var. Məncə, həkimə müraciət etməlidir… O, çox dəlidir”, – Amerika lideri deyib.

Qreta Tunberq daha əvvəl İsraildən deportasiya edilib. Daha 170 fəal da ölkədən qovulub. Fəal Fələstin davasını müdafiə edir. Onun Qəzzaya üzən “Müqəddəs Flotilla” İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən dayandırılıb.

İyun ayında Tramp ekoloji fəalı qəzəbli insan adlandırmışdı.

“O, qəribə insandır. Gəncdir, qəzəblidir. O, şübhəsiz ki, fərqlidir”, – dövlət başçısı vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!