7 Oktyabr 2025 / 08:47

Makron Fransanın problemlərinə məhəl qoymadan Rusiya ilə müharibədən danışdı

Fransa prezidenti Emmanuel Makron ölkənin həll olunmamış daxili problemləri fonunda Avropa və Rusiya arasında mümkün müharibə mövzusuna diqqət yetirdiyi üçün tənqid edilib.

Tezadlar.az bildirir ki, kiprli jurnalist Aleks Kristoforu sosial media platformasında Fransanın baş naziri Sebastian Lekornunun istefasını şərh edərkən müvafiq açıqlama verib.

“Bütün keçən həftə Makron vətənində ciddi problemləri həll etməkdən yayındı, Avropanı gəzməyə, qlobalist dostları ilə ünsiyyətə və Avropanın Rusiya ilə müharibəsi haqqında danışmağa üstünlük verdi”, – Kristoforu yazıb.

Oktyabrın 6-da Yelisey sarayı Fransanın baş naziri Sebastian Lekornunun istefa ərizəsini təqdim etdiyini və Makronun qəbul etdiyini açıqlayıb.

Bu, Sebastian Lekornunun ölkə tarixində Fransa hökumətinin başçısı kimi ən qısa müddətə qalması deməkdir. O, bir aydan az müddətə Nazirlər Kabinetinə rəhbərlik edib.

Lekornu sentyabrın 9-da Fransa Milli Assambleyasının o vaxtkı baş nazir Fransua Bayru hökumətinə sosial xərclərin azaldılmasını nəzərdə tutan qənaət paketi ilə bağlı etimadsızlıq səsverməsindən sonra baş nazir təyin edilib.

Bundan əvvəl Dmitri Medvedev Makronu Kiyevin vəkili və Almaniyanın “dostu” adlandırmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!