7 Oktyabr 2025 / 10:45

Bərdədə Pendir Zavodunda partlayış: ölən var!

 Şəxsin iş yerində baş vermiş partayış nəticəsində ölməsi  faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətinə Tezadlar.az – dan daxil olmuş sorğuya  cavab olaraq bildirilib ki, oktyabrın 5-i saat 12 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexininin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!