7 Oktyabr 2025 / 12:26

Makron küncə sıxılır, parlamenti buraxa bilər

Fransanın baş naziri Sebastian Lekornunun istefası prezident Emmanuel Makronu küncə sıxışdırıb; parlamenti buraxmağa məcbur olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

Nəşr qeyd edir ki, Lekornu öz son vəzifəsini – siyasi partiyalarla danışıqları başa çatdıra bilməsə, Makron parlamenti buraxmağa məcbur olacaq və bu, növbəti seçkilərdə Marin Le Penin ifrat sağçı Milli Ralli partiyasına dəstəyin artmasına səbəb ola bilər.

“Onilliklər ərzində Fransa parlamentdə ya prezidenti dəstəkləyən, ya da dövlət başçısına qarşı çıxan açıq çoxluqla fəaliyyət göstərib. Bununla belə, bu gün Milli Assambleya (parlament—red.) üç fraksiyaya bölünüb: sağçı millətçilər, solçular və ifrat solçular və Makrona sədaqəti getdikcə azalan hökumətyönlü mərkəzçilər”, – məqalədə qeyd olunur.

Müəllifin fikrincə, bütün bunlar Fransada 21 ayda beş hökumətin dəyişməsinə, xaosun hökm sürməsinə səbəb olub.

Oktyabrın 6-da Yelisey Sarayı Fransanın baş naziri Sebastian Lekornunun istefa ərizəsini təqdim etdiyini və Makronun da qəbul etdiyini açıqlayıb.

Bu, Sebastian Lekornunun Fransa hökumətinin başçısı postunu ölkə tarixində ən qısa müddətə edir. O, bir aydan az müddətə Nazirlər Kabinetinə rəhbərlik edib.

Lekornu sentyabrın 9-da Fransa Milli Assambleyasının o vaxtkı baş nazir Fransua Bayru hökumətinə sosial xərclərin azaldılmasını nəzərdə tutan qənaət paketi ilə bağlı etimadsızlıq səsverməsindən sonra baş nazir təyin edilib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!