Əsas məzmuna keç

“WHATSAPP” MƏXFİLİKLƏ BAĞLI YENİLİK ETDİ – GİZLİNLƏR AÇILDI…

“WhatsApp” yeni funksiyasını açıqlayıb – son görülmə seçimi

İstifadəçilərin uzun müddətdir gözlədiyi son görülmə seçimi, nəhayət tətbiqə əlavə edilib.

Yeni funksiya əsasən, artıq “WhatsApp”ın bəzi məxfilik xüsusiyyətlərini qapalı və ya yalnız seçdiyiniz insanlara açıq olacaq şəkildə fərdiləşdirə bilərsiniz.

Bu parametrdən istifadə etmək istəyən istifadəçilər “Məxfilik” seçəniyinə daxil olub “Son Görülmə” bölməsinə keçə və yeni əlavə edilmiş “Mənim kontaktlarım istisna olmaqla” seçimindən gizlətmək istədikləri kontaktları seçə biləcəklər.

Qeyd edək ki, seçilmiş kontaktlar üçün sonuncu görülmə söndürüldükdə onların statusu görünməyəcək.

Yeni funksiyanın tezliklə “WhatsApp”da rəsmi olaraq istifadəyə veriləcəyi və bütün istifadəçilərə çatacağı gözlənilir.

Tezadlar.az

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…