Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oktyabrın 7-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası “Əhalinin zərərli səs-küy təsirindən qorunması haqqında” qanunu qəbul edib.

Tezadlar.az gazeta.uz-a istinadən xəbər verir ki, sənəd üçüncü dəfədir ki, parlamentarilər tərəfindən nəzərdən keçirilir.
Qeyd edilir ki, qanun vətəndaşların dincliyini pozmağın qadağan olunduğu yeni vaxt çərçivələrini müəyyən edir.
Gecənin sakitlik müddəti artıq yeddi saatdan səkkiz saata – 23:00-dan səhər 7:00-a, həftə sonları və bayram günlərində isə axşam saat 22:00-dan səhər 9:00-a qədər uzadılıb. Qaydaların pozulmasına görə inzibati cərimələr və kompensasiyanı nəzərdə tutur.
Həmçinin, çoxmənzilli binalarda icazə verilən səviyyədən artıq səs-küy yaradan tikinti və təmir işlərinin yalnız iş günləri səhər saat 9:00-dan axşam 18:00-a kimi aparılmasına icazə verilməsi barədə qayda da tətbiq edilib.
Qanun səs-küy səviyyəsini sistematik olaraq aşan obyektlərin fəaliyyətini müəyyən müddətə dayandırmaq mexanizmini də müəyyən edir.
Həmçinin qanun dövlət orqanlarının səlahiyyətlərini aydınlaşdırır və səs-küy səviyyəsi müəyyən edilmiş normalardan artıq olan nəqliyyat vasitələrini idarə etməyə görə məsuliyyəti artırır.
Səs-küy səviyyəsinin icazə verilən həddən artıq olduğu şəraitdə işləyən işçilər Əmək Məcəlləsinə uyğun olaraq artırılmış əmək haqqı alacaqlar.
Qanun deputatlar tərəfindən qəbul edilərək Senata göndərilib.
JASMİN