Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail nümayəndələri istəsə, Knessetdə (İsrail parlamenti) çıxış etməyə hazırdır.
“Təzadlar”ın məlumatına görə, Tramp bunu Ağ Evdə Prezident Kabinetinin iclasında deyib.
“Məndən Knessetdə çıxış etməyi istədilər. Mən də razılaşdım. Əgər istəsələr, çıxış edəcəm”, – Tramp bildiribş
Bundan əvvəl İsrail Prezidenti İsaak Hersoqun ofisi Trampın Qüdsə səfərinin oktyabrın 12-də gözlənildiyini açıqlamışdı.
Daha əvvəl Tramp İsrail və HƏMAS-ın onun təklif etdiyi sülh planının birinci mərhələsi ilə bağlı saziş imzaladığını açıqlayıb. Bundan dərhal sonra İsrailin Baş naziri Binyamin Netanyahu Trampa zəng edərək onu Knessetdə çıxış etməyə dəvət edib.