Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayırıq.
“Təzadlar”ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
O, razılaşmanı sülh istiqamətində atılmış ümidverici addım kimi qiymətləndirib və bunda ABŞ Prezidenti Donald Trampın diplomatik səylərinin həlledici rol oynadığını vurğulayıb.
“Biz Qəzza zolağında atəşkəs razılaşmasını sülhə doğru ümidverici mərhələ kimi alqışlayırıq. Prezident Trampın Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə dəstəklənən qətiyyətli diplomatiyası bu razılaşmanın əldə olunmasında əsas rol oynadı. Girovların dərhal azad edilməsi davamlı sülhün əsasını qoyacaq və bu bizim ortaq məsuliyyətimizdir”, – Kobaxidze bildirib.