Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Oktyabr 2025 / 23:00

Tramp: Ərdoğan HƏMAS və İsraillə danışıqlarda mühüm rol oynadı

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında razılığın əldə edilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühüm rol oynadığını vurğulayıb.

“Təzadlar”ın məlumatına görə, Tramp bu barədə Ağ Evdə keçirilən Prezident Kabinetinin iclasında danışıb.

“Qətər, Misir və Türkiyə liderlərinin bu inanılmaz tərəqqiyə nail olmağımızda bizə kömək etdiklərinə və bizimlə olduqlarına görə böyük minnətdarlıq bildirmək istəyirəm. Təbii ki, bildiyiniz kimi, Səudiyyə Ərəbistanı, İordaniya və bir çoxları… Deməliyəm ki, prezident Ərdoğan HƏMAS və digər tərəflərlə danışıqlarda şəxsən iştirak etdi vəmükəmməl iş ərsəyə gətirdi”, – Tramp qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!