Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın qərbindəki Qaylenkirxenedə (Şimali Reyn-Vestfaliya) yerləşən NATO aviabazasının üzərində naməlum pilotsuz uçuş aparatı (PUA) görüntülənib.
“Təzadlar” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, radarlar çərşənbə günü yerli vaxtla saat 19:00 radələrində (Bakı vaxtı ilə 21:00) bazanın təhlükəsizlik zonasında PUA aşkar edib. O, uçuş-enmə zolağından aşağı hündürlükdə uçub. Dərhal bazada xəbərdarlıq elan edilib, hərbçilər və polis hadisə yerinə gedib. PUA-nın növü və operatoru hələ müəyyən edilməyib.
Qaylenkirxene aviabazası NATO-nun alyansın Şərq cinahında hava nəzarəti əməliyyatlarında əsas rol oynayır. Orada havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri (AWACS) yerləşdirilib.