Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailli girovlar bu gün – bazar ertəsi Qəzza zolağından üç mərhələdə azad ediləcək. Birincisi Bakı vaxtı ilə səhər saat 9:00-da başlayacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, girovların ailələrinə məlumat verilib ki, azadlığa buraxılma yerli vaxtla səhər saat 8:00-da “Bakı vaxtı ilə səhər saat 9:00-da – RED.) başlayacaq”, – məlumatda deyilir.
Kanal aydınlaşdırıb ki, yenilənmiş məlumata görə, buraxılış üç mərhələdə baş verəcək. İlk ikisi Bakı vaxtı ilə səhər saat 9:00-da, üçüncüsü isə Bakı vaxtı ilə səhər saat 10:00-da başlayacaq.
Əsirlər əvvəlcə Qırmızı Xaç Cəmiyyətinə təhvil veriləcək və bu təşkilat onları Qəzza zolağındakı İsrail hərbi bazasına daşıyacaq. Orada onlar həkimlərin müayinəsindən keçəcək, daha sonra ailələrinə qovuşmaq üçün İsrailə gedəcəklər.
Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp bu gün – oktyabrın 13-də səhər saatlarında girovlarla görüşmək üçün şəxsən Yaxın Şərqə getməyi planlaşdırır.
Xatırladaq ki, HƏMAS və İsrail ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı təklif etdiyi sülh planının birinci mərhələsi ilə bağlı razılığa gəlib. Plana girovların azad edilməsi, İsrail qoşunlarının mərhələli şəkildə regiondan çıxarılması, humanitar yardımın çatdırılmasının təmin edilməsi və beynəlxalq monitorinq qurumunun yaradılması daxildir. Bununla belə, HƏMAS Qəzza zolağında idarəetmə məsələlərində hər hansı “xarici qəyyumluqdan” imtina etdiyini bəyan edib.
İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatı tərksilah şərtlərini yerinə yetirməyincə İsrail ordusunun Qəzza zolağından çıxmayacağını vurğulayıb. O, həmçinin qeyd edib ki, Qəzza demilitarizasiya edilməlidir.
E.ŞİRİNOV