Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında müharibə başa çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
Amerika lideri jurnalistlərə “Müharibə bitdi” deyib.
O, həmçinin Qəzzada yeni administrasiyanın “çox tez” işə başlayacağını qeyd edib. Tramp yerinə yetirilməsini gözlədiyi bir çox şifahi zəmanətə sahib olduğunu vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Qəzza zolağından israilli girovların azad edilməsi oktyabrın 13-də üç mərhələdə baş tutacaq və birinci mərhələ Bakı vaxtı ilə səhər saat 09:00-da başlayacaq.
Xatırladaq ki, HƏMAS və İsrail ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı təklif etdiyi sülh planının birinci mərhələsi ilə bağlı razılığa gəliblər. Plana girovların azad edilməsi, İsrail qoşunlarının mərhələli şəkildə bölgədən çıxarılması, humanitar yardımın çatdırılması və beynəlxalq monitorinq qurumunun yaradılması daxildir. Bununla belə, HƏMAS Qəzza zolağının idarə olunmasında hər hansı “xarici qəyyumluq”dan imtina etdiyini bəyan edib.
İsrailin baş naziri Benyamin Netanyahu vurğulayıb ki, Fələstinin HƏMAS hərəkatı tərksilah şərtlərinə əməl edənə qədər İsrail ordusu Qəzza zolağından çıxmayacaq. O, həmçinin qeyd edib ki, Qəzza demilitarizasiya edilməlidir.
E.ŞİRİNOV