13 Oktyabr 2025 / 10:51

BANM-də “FinovateBank Hackathon” keçirilib – “TECHBHOSS” komandası I yeri qazanıb (FOTOLAR)

Bakı Ali Neft Məktəbində “Bank Respublika”nın tərəfdaşlığı ilə “FinovateBank Hackathon” keçirilib.
İki gün davam edən hakatonda 109-a yaxın müraciət arasından seçilmiş 12 komanda real bank problemlərinə proqramlaşdırma və biznes yönümlü həllər hazırlayıb.
Tezadlar.az  xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında etdiyi paylaşımda bildirib.
“Yarış boyunca iştirakçılar maliyyə texnologiyaları sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək bank xidmətlərinin təkmilləşdirilməsinə yönəlmiş orijinal ideyalar təqdim ediblər.
Komandaların layihələri innovasiya dərəcəsi, texniki icra, faydalılıq və təqdimat keyfiyyəti meyarları üzrə qiymətləndirilib. Yüksək rəqabət şəraitində baş tutan hakatonun nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət “TECHBHOSS” komandası I yerə, “InnoBankers” komandası II yerə, üzvlərinin əksəriyyəti BANM tələbələrindən ibarət olan “Business Support” komandası isə III yerə layiq görülüb.
Qaliblər “Bank Respublika” tərəfindən müvafiq olaraq 3 000 AZN, 2 000 AZN və 1 000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
Mükafatlandırma mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Bank Respublika”ya tərəfdaşlığa və belə təşəbbüslərin reallaşmasına verdiyi töhfəyə görə təşəkkür edib. Rektor hakatonun gənclərin yaradıcılıq potensialının inkişafına, praktiki biliklərin artırılmasına və gələcək karyera yollarında uğur qazanmalarına mühüm töhfə verəcəyinə inandığını vurğulayıb.
“Bank Respublika”nın İdarə Heyəti sədrinin müavini Elnur Həsənova iştirakına görə minnətdarlığımı bildirirəm”, – deyə qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!