Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zeynalov Ələddin Səfxan oğluna məxsus ərzaq mağazasında yoxlama keçirib.
Tezadlar.az xəbər verir ki, baxış zamanı mağazanın anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində ara məsafəsi gözlənilmədən saxlanıldığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək anbar sahəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.