13 Oktyabr 2025 / 17:27

Vüqar Bayramov ona müraciət edən seçicilərin problemləri ilə bağlı deputat sorğusu göndərib – fotolar

Növbəti görüşümüz Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı vətəndaşımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.

Tezadlar.az  xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında bildirib.
“Müraciətlər sahibkarlıq, pensiya təyinatı, mənzil təminatı, kredit borcu, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərdik.
Növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!