13 Oktyabr 2025 / 22:50

Trampdan İrana mesaj: “Sanksiyalardan xilas olmaq istəyirlərsə, danışıqlara gəlsinlər”

İran danışıqlara hazır olsa, Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bildirib.

“Onlar dialoqa hazır olanda sanksiyaları məmnuniyyətlə ləğv edərdim. Amma onlar indiki sanksiyalar altından “sağ çıxa bilməyəcəklər”, onlar o qədər sərtdirlər. Bir an gələcək, özləri deyəcəklər ki, sanksiyaların götürülməsini istəyirlər. Sonda sülh əldə edəcəyik”, – o deyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!