Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Avropa ABŞ ilə eyni mövqedə Ukraynada müharibənin tezliklə bitməsini istəyir. Kiyev də bizim mövqe ilə ortaqdır”.
Tezadlar.az-ın məlumatına görə, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya onlara cavab olaraq hələ də susur:
“Əvəzində Ukraynaya zərbələri artırıb. Xüsusilə də qış öncəsi enerji infrastrukturunu hədəf götürüb. Biz ondan danışıqlar masasında oturmağı gözlədiyimiz halda, o əksini edir. Bu da vadar edir ki, biz Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edək və onu artıq hazırlayırıq. Rusiya iqtisadiyyatı artıq ən zəif dövrünü yaşayır. Bizim sanksiyalar paketi həlledici olacaq”.