14 Oktyabr 2025 / 10:00

Tramp Qəzza Sammiti zamanı Starmeri utandırıb

ABŞ prezidenti Donald Tramp Qəzza sammiti zamanı Böyük Britaniyanın baş naziri Key Starmeri biabır edib.

Tezadlar.az xəbər verir ki, bu barədə rus dilində RT telekanalı özünün Telegram kanalında məlumat yayıb.

Hadisə Trampın tribunada çıxışı zamanı baş verib. İclasın iştirakçılarını sadalayarkən Tramp Starmerin onun arxasında dayandığının fərqində olmayıb və bu, İngiltərə baş naziri üçün bir qədər utanmasəna səbəb olub. Amerika prezidenti, nəhayət, arxaya çevrilib siyasətçini görəndə ona işarə edib. Starmer Trampın mikrofonu ona verəcəyini gözləsə də, Ağ Ev rəhbəri çıxışına davam edib.

“Hər şey yaxşıdır?” – Tramp Böyük Britaniyanın baş nazirinə sual verib.

“Çox yaxşı”, – deyə Starmer cavab verib.

Ağ Ev rəhbəri çıxışına davam etməzdən əvvəl əlavə edib: “Sizin burada olmaq çox xoşdur”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!