Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda “İmedi” televiziya şirkətinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabotaj maddəsi ilə cinayət işi üzrə istintaqa başlayıb. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə məlumatı DTX yayıb. Rəsmi məlumata görə, “İmedi” kanalının yayımı 17:48-də dayandırılıb və təxminən 45 dəqiqə ərzində efirə qayıtmaq mümkün olmayıb. Eyni vaxtda holdinqə daxil olan digər iki televiziya – “Maestro” və “GDS” kanallarının da yayımı kəsilib.
Qeyd edək ki, hadisədən əvvəl “İmedi” televiziya şirkəti yaydığı açıqlamada bildirib ki, yayım “naməlum səbəbdən, qəfil olaraq” təxminən 45 dəqiqəlik müddətə dayandırılıb. Şirkət ehtimal edir ki, bu hal kanala qarşı yönəlmiş məqsədli cinayət xarakterli addım ola bilər. Hazırda DTX bu təxribatın qaynağını axtarır…