14 Oktyabr 2025 / 10:34

2025-ci ildə Gürcüstana 4 milyondan çox xarici turist gəlib. Bəs Azərbaycana?

Turizm təkcə iqtisadi-sosial göstərici deyil, həm də təbliğatdır, reklamdır…

Yeri gəlmişkən, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə statistikaya görə, Gürcüstana gələn turistlərin sayı tarixi maksimuma çataraq 4.3 milyona yüksəlib. Tezadlar.az Gürcüstan Turizm üzrə Milli Administrasiyasına istinadla bildirir ki, beynəlxalq səyyahların ümumi sayı 6.1 milyon nəfərə çatıb ki, bu da 2024-cü illə müqayisədə 5.4% artımı göstərir. 2025-ci ilin ilk 9 ayında beynəlxalq turistlərin sayı isə 4 307 094 nəfər təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7.9% artım deməkdir.

İyul-sentyabr aylarını əhatə edən üçüncü rübdə də turizm sektoru rekord göstərici göstərərək 2 milyon beynəlxalq turizm ziyarətini qeydə alıb. Bu dövrdə beynəlxalq səyyahların sayı 2 956 014 nəfər olub və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artıb. Beynəlxalq turistlərin sayı isə 2 036 731 nəfər təşkil edib ki, bu da 9% artım deməkdir. Bu rəqəmlər Gürcüstanın turizm sektorunda davamlı artım və ölkənin beynəlxalq səviyyədə cəlbediciliyinin yüksəlməsini göstərir. Halbuki Azərbaycanda Gürcüstandan bir necə dəfə cəlbedici tarixi məkanlar, istirahət yerləri və s. vardır. lakin əhalisi əhalimizdən 3-4 dəfə az olan ölkəyə bu qədər turist gəlibsə, gərəkdir ki, Azərbaycana bundan dəfələrlə çox turist cəlb edilsin. Ən vacibi, Azərbaycan az qala hər həftə beynəlxalq tədbirlərə (müxtəlif sahələr üzrə) ev sahibliyi edir. Deməli, ortada nəsə problem var, bax onu aradan qaldırmaq lazımdır…

A.Məmmədli 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!