14 Oktyabr 2025 / 22:40

Bakıda ictimai nəqliyyatda bank kartı ilə ödəniş sistemi çökdü

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb.

Tezadlar.az xəbər verir ki, bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur.

Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirib.

Sərnişinlərin sözlərinə görə, “Birbank” sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözügedən mobil tətbiqin “Bakı kart” bölməsinə giriş etmək olmur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!