Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyada koronavirusa yoluxma halları kəskin artıb.
Tezadlar.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Oktyabrın 6-dan 12-dək ölkədə təqribən 6440 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
Robert Kox İnstitutunun hesabatına əsasən, əvvəlki həftə təxminən 3 min 850 nəfər olub. Buna baxmayaraq, koronavirusa yoluxma hallarının sayı keçən ilin eyni həftəsindən, demək olar ki, iki dəfədən çox azdır.
Xəstəliklərin artması virusun yeni mutasiyasının xəbərləri fonunda baş verir. Bununla belə, tibb mütəxəssisləri bu ümumi insident nisbətini pandemiyanın zirvələri ilə müqayisədə aşağı adlandıraraq arxayınlaşdırırlar.
Risk qrupunda olan almanlar təkrar peyvənd olunmağa çağırılır.
Qeryd edək ki, hazırda çoxlu sayda mutasiyaya malik koronavirus infeksiyasının yeni variantı
dörd ölkədə: Böyük Britaniya, ABŞ, Danimarka və İsraildə müəyyən edilmişdir.
JASMİN