Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerikanın çoxlu sayda “Tomaqavk” qanadlı raketləri var, lakin ölkənin də onlara ehtiyacı var.
Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.
“Ehtiyatımızı tükədə bilmərik”, – Tramp deyib.
O, ABŞ-ın malik olduğu raketləri “güclü, dəqiq və çox təsirli” adlandırıb. Amerika lideri əlavə edib ki, “bizim də onlara ehtiyacımız var”.
Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü Trampın Vaşinqtona gələn Kiyev hakimiyyətinin lideri Vladimir Zelenski ilə gözlənilən görüşündə müzakirə olunacaq. Zelenski əvvəllər dəfələrlə ABŞ-dan qanadlı raketlər istəyib.
Əvvəllər xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında söhbətin nəticəsi yaxın vaxtlarda Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin ötürülməsinin mümkünlüyünü şübhə altına alıb. “Reuters” yazır ki, onlar “Avropanın Vaşinqtonun Moskvaya təslim olması qorxusunu artırıb”.
E.ŞİRİNOV