17 Oktyabr 2025 / 08:32

Tramp: Rubio və Lavrov tezliklə görüşə bilərlər

Tramp bildirib ki, hazırda Lavrov və Rubio arasında görüşün vaxtı və yeri razılaşdırılır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio yaxın vaxtlarda görüşə bilər.

Tezadlar.az xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.

“Marko Rubio öz həmkarı, bildiyiniz kimi, Lavrovla görüşməyə hazırlaşır. Onların görüşü çox yaxında baş tutacaq”, – o, həmvətənləri qarşısında çıxış edərkən deyib.

Ağ Ev rəhbəri vurğulayıb ki, diplomatik nümayəndəliklərin rəhbərləri arasında görüşün vaxtı və yeri razılaşdırılır.

Bundan əvvəl Donald Tramp Vladimir Putinlə görüşünün iki həftə ərzində baş tuta biləcəyini vurğulamışdı.

Putin və Tramp arasında danışıqlar iki saatdan çox davam edib. Prezidentlər Ukraynadakı münaqişəni və onun sülh yolu ilə həllini, həmçinin Rusiya ilə ABŞ arasında əməkdaşlığın böyük perspektivlərini müzakirə ediblər.

Bundan başqa, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə yüksək səviyyəli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Nəhayət, Putin və Tramp Macarıstanda şəxsən görüşəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!