17 Oktyabr 2025 / 13:18

Bahalı futbolçular – Ronalda 280 milyon dollarlıq qazancla flaqmandır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldo 2025-ci ilin ən çox qazanan futbolçusu olub.

Tezadlar.az xəbər verir ki,  bu barədə Forbes-in məlumatında  deyilir.

Məlumata görə, Ronaldo 2025-ci ildə 280 milyon dollar qazanıb ki, bunun da 50 milyon dolları meydandan kənar gəlirlərdəndir.

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 130 milyon dollar (60 milyon dollar maaş + 70 milyon dollar meydandan kənar gəlir) qazanaraq ikincidir.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema 104 milyon dollar (100 milyon dollar + 4 milyon dollar) qazanaraq üçüncüdür.

İlk onluğa, həmçinin İspaniyanın “Real Madrid” klubundan fransalı Kilian Mbappe (95; 70+25), İngiltərənin “Mançester Siti” klubunda çıxış edən norveçli Erlinq Holand (80; 60+20), “Real Madrid”dən braziliyalı Vinisius (60; 40+20), misirli Məhəmməd Salah (İngiltərənin “Liverpo”su 5; 70+20), Ronaldonun komanda yoldaşı Sadio Mane (54; 50+4), “Real Madrid”də çıxış edən ingilis Jud Bellinqem (44; 29+15), “Barselona”nın ispan futbolçusu Lamine Yamal (43; 33+10) daxildir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!