Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində
1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qubadlı Rayon Prokurorluğundan “TEZADLAR.AZ”-a verilən məlumata görə, aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.