Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İrəvanda həbsdə olan biznesmen Samvel Karapetyanın minlərlə tərəfdarı mitinq keçirir
Tezadlar.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, etirazçılar əvvəlcə Azadlıq meydanına toplaşıb, daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasına doğru irəliləyiblər.
Bildirilir ki, aksiya boyu etirazçılar Karapetyanı dəstəkləyən şüarlar səsləndirib və onun həbsdən azad olunmasını tələb ediblər. Etirazın dinc xarakter daşımasına və qarşıdurmaların olmamasına baxmayaraq, MTX binasına əhəmiyyətli yerli polis qüvvələri yerləşdirilib.
Bundan əvvəl bildirilmişdi ki, Ermənistanda Samvel Karapetyanın yaratdığı “Bizim yol” hərəkatına son 6 həftə ərzində 5 min nəfər qoşulub. Hərəkət koordinatoru Narek Karapetyanın sözlərinə görə, qrupun artıq hazır komandası və nəzərəçarpacaq nəticələri var.
E.ŞİRİNOV