20 Oktyabr 2025 / 13:29

Bir zamanların müğənnisi, sonradan isə narkoman olan Reyhan həbs edilib – videolar

Meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub.

Tezadlar.az  xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın videosunu yayımlayaraq, bunları əlavə edib:

“Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”.

Bloger onun nədən həbs olunduğunu açıqlamayıb.

Xatırladaq ki,  N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.

Qeyd edək ki, mərhum Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub.

https://www.youtube.com/watch?v=dv2kSen3aZ4

https://www.youtube.com/watch?v=NGxN1dJVMKE

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!