Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin iki ölkə prezidentinin arasındakı şəxsi ə
İntriqaların mürəkkəbləşdiyini, lakin sülhün əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə o, Avstraliyanın Baş naziri Entoni Albaneze ilə ikitərəfli nahar zamanı bildirib. Sitat: “Rusiya və Ukrayna məsələsində həll yolu tapmaq istəyimizə çatacağımızı düşünürəm, lakin vəziyyət mürəkkəbdir, çünki bir-birinə həqiqətən nifrət edən iki lider var”, – Tramp deyib. Ukraynanın müharibədə qalib gələ bilib-bilməyəcəyi ilə bağlı sualı Tramp belə cavablandırıb: “Onların qalib gələcəyini düşünmürəm, amma yenə də qalib gələ bilərlər. Mən heç vaxt onların qalib gələcəklərini deməmişəm. Mən demişəm ki, onlar qalib gələ bilərlər – müharibədə hər şey ola bilər. Müharibə çox qəribə bir şeydir, yaxşı şeylər də olur, pis şeylər də. Biz razılıq əldə olunmasına çalışırıq. O, əldə olunarsa, çox əla. Olmazsa, çoxları buna görə ağır bədəllər ödəyəcək”.
Məsələ ondadır ki, Rusiya prezidenyi Ukraynaya hələ Zelenskinin prezidentliyindən xeyli əvvəldən öz ərazisi kimi baxırdı. Və Ukraynaya yağlı tikə kimi diqqət yetirirdi, bunu isə Ukrayna xalqı aqressiya kimi qəbul edirdi.
A.Məmmədli