Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aparıcı Zaur Kamal efirə gecikəm sənətçiləri cərimələyərək həmin pulları ehtiyacı olan şəxslərə verəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə o, “Həmin Zaur” verilişində bildirib. Aparıcı bu gün yayımlanan proqramına gecikən meyxanaçılar Baləlini 500, Mirfəridi isə 300 manat cərimələyib.
Daha sonra Zaur canlı yayımda ehtiyacı olan ailələrə zəng edib və onlara pul göndərəcəklərini bildirib.
Aparıcı həmçinin qeyd edib ki, bundan sonra verilişinə gecikən bütün sənətçiləri cərimləyəcək və həmin pullar xeyriyyə məqsədi ilə istifadə olunacaq (axşam.az).
Yaxşı deyiblər, qulaq gündə bir söz eşitməsə, kar olar.
Cərimə yazanların əlindən nəfəs almağa belə qorxursan. Hər gün yeni bir cərimə növü icad edilir. Onsuz da camaat maaşının çoxunu cərimələrə ödəyir, sürücülərin günü isə lap qaradır!
Deyəsən, Zaur Kamal da aparıcılığından istifadə edib “hamam suyu ilə dost qazanmaq” istəyinə düşüb. Belə getsə, verilişinə çağırmağa müğənni, sənət adamı tapmayacaq – müğənnilər isə iki dəfə xərcə düşməyi heç istəməz…
Y.Məmmədli