Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

London meri Sadiq Xan Böyük Britaniyanın paytaxtında pedofil dəstəsinin fəaliyyətini bilsə də, bu barədə susub.
Tezadlar.az xəbər verir ki, bunu “Express” qəzeti yazıb.
Qəzetin araşdırması qeyd edir ki, İngiltərənin ondan çox böyük şəhərində dəstə fəaliyyəti müəyyən edilib və qurbanların ümumi sayının minlərlə olduğu ehtimal edilir. Qeyd edək ki, şübhəlilər əsasən Xanın üzvü olduğu Pakistan diasporunun üzvləridir.
“”Express”-in araşdırması Sadiq Xanı Londonda pedofil dəstələrinin mövcudluğuna dair sübutları gizlətməkdə günahlandırıb. London meri problemi açıq şəkildə inkar edərkən, otellərdə qızları zorlayan kişilərin dəstələri ilə bağlı xəbərləri oxuyub”, – məqalədə deyilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Sadiq Xanı immiqrasiya siyasətinə görə tənqid etmişdi. “Mən Londona baxıram, orada dəhşətli bir mer var və şəhər çox dəyişib. İndi şəriət qanunlarına keçmək istəyirlər, amma siz başqa ölkədəsiniz. Siz bunu edə bilməzsiniz”, – deyə o bildirib.
E.ŞİRİNOV