21 Oktyabr 2025 / 15:05

Tarzən Fərhad Paşayev dünyasını dəyişib- FOTO

Bu gün Ağdamda “Əməkdar mədəniyyət işçisi”, tarzən Fərhad Paşayevlə vida mərasimi keçirilib. Tezadlar.az xatırladır ki, 21 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsində “Əməkdar mədəniyyət işçisi”, Ağdamın “Şur” ansamblının keçmiş bədii rəhbəri, tarzən Fərhad Paşayevlə vida mərasimi keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, Fərhad Paşayev 1942-ci ildə Ağdam şəhərində anadan olub. 1978-1993-cü illərdə “Şur” ansamblına rəhbərlik edib. 1988-ci ildə “Əməkdar Mədəniyyət işçisi” fəxri adı alıb.
Allah rəhmət eləsin!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!