Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belçika Xarici İşlər Nazirliyi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşdə Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndələrinin iştirakını istəyir.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Belçika xatırladır ki, nizamlanmaya yönəlmiş istənilən təşəbbüs beynəlxalq hüquqa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam riayət olunmaqla dəstəklənməlidir. Belçika hesab edir ki, sülh və ya atəşkəslə bağlı istənilən etibarlı müzakirə Ukrayna və Avropa İttifaqının iştirakı ilə aparılmalıdır”, – bəyanatda deyilir.
Nazirlik həmçinin qeyd edib ki, Brüssel Rusiya və ABŞ liderləri arasında Budapeştdə mümkün sammitlə bağlı məlumatları “qeyd edib”.
Daha əvvəl bildirilmişdi ki, bir sıra Avropa liderləri Putinlə Tramp arasında keçiriləcək görüşdə iştirakını təmin etmək istəyirlər. Xüsusilə, Avropa Ağ Ev rəhbərinin sülh sazişinin şərtlərinə görə “yenidən Rusiya prezidentinin tərəfini tutacağından” və həmçinin Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq göstərərək onu Moskvanın şərtləri ilə razılaşmağa məcbur edəcəyindən ehtiyat edir.
E.ŞİRİNOV