21 Oktyabr 2025 / 23:27

Prokurorluq arxiyepiskopa qarşı şikayət etdi

Ermənistan Prokurorluğu Erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyana qarşı hökmdən apellyasiya şikayəti verib.

Tezadlar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb.

Onların sözlərinə görə, Prokurorluq Apellyasiya Məhkəməsindən Acapaxyanın birinci instansiya məhkəməsinin hökmü ilə çıxardığı 2 il əvəzinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Xatırladaq ki, Acapaxyan oktyabrın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!