22 Oktyabr 2025 / 09:49

NATO baş katibi Trampla görüşmək üçün planlaşdırılmamış səfər etmək qərarına gəlib

NATO-nun baş katibi Mark Rutte prezident Donald Trampla görüşmək üçün ABŞ-a təcili səfər etməyə hazırlaşır.

Tezadlar.az TASS-a istinadən xəbər verir. Alyansın mətbuat xidməti səfərin oktyabrın 21-22-də baş tutacağına və onun marşrutuna hər hansı mətbuat brifinqinin daxil edilməməsinə aydınlıq gətirib.

Açıqlamada qeyd olunub: “NATO-nun baş katibi Mark Rutte oktyabrın 21-22-də Vaşinqtona səfər edəcək. O, ABŞ prezidenti Donald Trampla görüşəcək. Mətbuat üçün brifinq olmayacaq”.

Mənbələrin bildirdiyinə görə, bu səfər əvvəllər planlaşdırılmayıb və alyans liderinin rəsmi səfər proqramına daxil edilməyib. Səfərin təcili olmasının səbəbləri açıqlanmayıb.

“Vzqlyad” qəzetinin yazdığına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Aİ və NATO ölkələri qlobal səhnədə ən dağıdıcı qüvvələrdir.

Gələn həftə London Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair Avropa planını, o cümlədən təhlükəsizlik təminatları və sanksiyaların ləğvi ilə bağlı müddəaları müzakirə edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!