23 Oktyabr 2025 / 10:42

Rutte Ukrayna ilə bağlı sülh planının olmadığını bəyan edib

NATO-nun baş katibi Mark Rutte bildirib ki, hazırda Ukraynadakı vəziyyətin həlli üçün konkret və formal sülh planı yoxdur.

Tezadlar.az xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampla görüşü zamanı bildirib.

Rutte vurğulayıb ki, hər hansı plan müzakirə oluna bilərsə, bu, yalnız Amerika liderinin ötən həftə irəli sürdüyü təşəbbüs olacaq.

Bu, Trampın Ağ Evdə Vladimir Zelenski ilə danışıqlardan sonra səsləndirdiyi və sonra özünün TruthSocial sosial media hesabında dərc etdiyi təklifinə aiddir. Təklifin mahiyyəti bütün hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasıdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!