Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qərar bu gün Çinin Usi şəhərində davam edən Dünya Çempionatı zamanı Dünya Taekvondo Federasiyasının iclasında qəbul edilib.
bu barədə Qazaxıstan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ümumdünya Taekvondo Federasiyasına üzv olan bütün ölkələrin nümayəndələri Qazaxıstanın namizədliyini yekdilliklə dəstəkləyib, bundan əvvəl Astanada keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
“Biz dünya səviyyəli yarışlara ən yüksək səviyyədə ev sahibliyi etmək bacarığımızı sübut etmişik. Avqustda Astanada keçirilən “Kazakhstan Open” turniri buna parlaq nümunə idi: 700-dən çox idmançı iştirak etdi və təşkilatın keyfiyyəti Dünya Taekvondo Federasiyasının prezidenti dr. Çunqvon Çou və xarici nümayəndə heyətləri tərəfindən yüksək qiymətləndirildi”, – Qazaxıstan Taekvondo Federasiyasının prezidenti Kudrat Şamiyev qeyd etdi.
Qarşıdan gələn çempionat Mərkəzi Asiya tarixində ilk olacaq. Federasiya 2027-ci ildə Astanada dünya çempionatı keçirməyi planlaşdırır.
Qeyd edək ki, oktyabrın 24-dən 30-dək keçiriləcək keçiriləcək dünya çempionatında mübarizə aparmaq üçün 179 ölkədən 991 taekvondoçu Çinin Vusi şəhərində toplaşıb.
JASMİN