Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir.
Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda praktiki bacarıqlarını təkmilləşdirirlər.
Qeyd edək ki, nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.
E.ŞİRİNOV