24 Oktyabr 2025 / 08:46

Ağ Ev Trampın Rusiyadan məyus olmasının səbəbini açıqlayıb

ABŞ prezidenti Donald Tramp Rusiyadan Ukraynadakı sülh prosesinə kifayət qədər maraq görmür, Ağ Evin sözçüsü Kerolin Levitt ənənəvi brifinqdə bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Amerika lideri Ukraynadakı vəziyyətlə bağlı irəliləyişin olmamasından məyus olduğunu bildirib.

Levitt xatırladıb ki, Tramp həmişə deyib ki, hər iki tərəf etibarlı sülh sazişinin əldə edilməsində maraqlı olmalıdır.

“Və o, hiss edir ki, təəssüf ki, Rusiya son vaxtlar sülh prosesində irəliləməyə kifayət qədər maraq göstərməyib”, – Ağ Evin sözçüsü izah edib.

Onun sözlərinə görə, Trampı Yaxın Şərqdə əldə etdiyi sülh sazişinin uğuru son dərəcə motivasiya edir və Ukraynadakı münaqişəyə son qoymaqda real nəticələr əldə etmək istəyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!