Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanda öldürülən çeçen əsilli Ayşat Baymuradova dostları ilə mesajlarında hüquq müdafiəçilərindən şikayətlənib.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Çeçenistanın insan haqları üzrə müvəkkili Mansur Soltayev bildirib.
O, böhran mərkəzinin əməkdaşlarının “onu aldadaraq pulunu aldığını” iddia edib. Nəticədə, o, dayaqsız və dolanışıqsız qalıb. O, real yardım əvəzinə təhdid və şantajla üzləşib.
Bir gün əvvəl Soltayev bildirmişdi ki, “xarici agent statuslu böhran mərkəzləri” çeçen qadını ailəsindən oğurlayıb, gizlədib və Şimali Qafqazdan olan digər gənc qadınları çaşdıraraq Qərb ölkələrinə aparır. O, hüquq müdafiəçilərinin Baymuradovanı özləri də öldürə biləcəyini də irəli sürüb.
Ermənistanda çeçen qadının ölümü barədə məlumat oktyabrın 20-də yayılıb. Onun meyiti Dəmirçyan küçəsində kirayədə qaldığı mənzildə aşkar edilib. Baymuradova sonuncu dəfə sosial şəbəkə vasitəsilə tanış olduğu yeni dostu ilə görüşə hazırlaşarkən sağ görüntülənib. Hüquq müdafiəçiləri dostunun Çeçenistan lideri Ramzan Kadırova yaxın adamlarla əlaqəsi olan qadın ola biləcəyini iddia ediblər.
E.ŞİRİNOV