Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında kinomuzun unudulmaz səhifələrinə həsr olunmuş “Azərbaycan kinofilmlərindən mahnılar” adlı möhtəşəm musiqi axşamı baş tutdu.
Bu axşamda sevilən filmlərdən dillərə dastan olmuş mahnılar tanınmış ifaçıların təqdimatında səsləndi. Proqram boyunca Tofiq Quliyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Emin Sabitoğlu, Arif Məlikov və Rauf Mirişli kimi görkəmli bəstəkarların kino musiqiləri səhnədə yenidən canlandı.
“Sehrli xalat”, “Böyük dayaq”, “Bəxt üzüyü”, “Rüstəm və Söhrab”, “Möcüzələr adası”, “Dəli Kür”, “Dədə Qorqud”, “Qızmar günəş altında”, “Nəsimi”, “Alma almaya bənzər”, “Gün keçdi” kimi filmlərin sevilən mahnıları tamaşaçılara nostalji dolu anlar yaşatdı.
Səhnədə Dövlət Mahnı Teatrının solistləri Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Mədinə Kazımova, Fəxri Kazım Nicat, Aynur İsgəndərli, eləcə də xalq artistləri Heydər Anatollu, Gülyaz və Gülyanaq Məmmədovalar çıxış ediblər.
Axşamın musiqi müşayiətini Mahnı Teatrının instrumental ansamblı təmin etdi. Ansamnlın rəhbəri Mirxalid Salayevdir