Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu dəfə Türkiyənin Balıkesir bölgəsində 6.1 bal gücündə zəlzələ baş verib. Tezadlar.az CNN-Türk-ə istinadla Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində Balıkesirdə 3 bina uçub. Ölən və yaralılar barədə hələlik məlumat yoxdur. Hadisədən sonra açıqlama verən professor Şener Üşümezsoy bildirib ki, bölgədə yaxın zamanda daha böyük bir zəlzələ gözlənilmir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətinin Sındırqı rayonunda baş vermiş 6.1 maqnitudalı zəlzələ ilə bağlı açıqlama verib. Türkiyə lideri “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda zəlzələdən zərərçəkən vətəndaşlara keçmiş olsun diləklərini çatdırıb. “Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) başda olmaqla bütün qurumlarımız ərazidə araşdırma və nəzarət tədbirlərini diqqətlə həyata keçirirlər. Prosesi yaxından izləyirik. Allah ölkəmizi və milllətimizi hər cür bəladan qorusun”, – deyə prezidentin paylaşımında vurğulanır.