Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Putinin 4 ildir udulmayan müharibəsi “Lukoil” şirkətini məcbur edib ki, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar fonunda beynəlxalq aktivlərinin satışını planlaşdırsın. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi bəyanatda məlumat verilib. Bəyanatda qeyd olunur ki, bir sıra dövlətlər tərəfindən şirkətə və onun törəmə müəssisələrinə qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər “Lukoil”i belə addım atmağa vadar edib: “Şirkət öz beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcıların müraciətlərinin qəbuluna və baxılmasına artıq başlanılıb,” – deyə “Lukoil”in açıqlamasında bildirilir.
Xatırladaq ki, oktyabrın 22-də Amerika Birləşmiş Ştatları Rusiyanın iki ən iri neft şirkətinə – “Lukoil” və “Rosneft”ə, həmçinin onların törəmə müəssisələrinə sanksiyalar tətbiq edib. Rusiyanın əsas büdcə qazancı isə bu iki şirkətdən idi.
A.Məmmədli