Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukraynada müharibənin il ərzində başa çatacağına ümidvar olduğunu deyib.
Tezadlar.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, o, bunu Səudiyyə Ərəbistanında keçirilən “Future Investment Initiative 2025” konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynada döyüş əməliyyatları bir il ərzində başa çata bilər.
“Əminik ki, sülhə aparan yoldayıq və sülhməramlılar olaraq bunun baş verməsi üçün hər şeyi etməliyik”, – K.Dmitriyev qeyd edib.
Xüsusi nümayəndə Ukraynada bir il ərzində sülhün mümkün olub-olmaması barədə suala “İnanıram ki, mümkündür” deyə cavab verib. O, həmçinin qeyd edib ki, Rusiya və ABŞ müharibə məsələsində diplomatik həllə yaxındır.