Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Noyabr 2025 / 15:30

Mirzoyanın həyat yoldaş Azərbaycan-Ermənistan kommunikasiyaları üzrə komissiyanın üzvü oldu

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə komissiyanın tərkibinə daxil edilib.

Tezadlar.az-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Məlumata görə, hökumət başçısı Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə komissiyanın yaradılması haqqında qərara dəyişikliklər edərək yenilənmiş tərkibi təsdiqləyib.

Baş nazirin müavini Mqer Qriqoryanın başçılıq etdiyi komissiyaya xarici işlər nazirinin müavini Vaan Kostanyan, xarici işlər nazirinin həyat yoldaşı Qoar Abacyan və bir sıra digər vəzifəli şəxslər də daxildir.

Qeyd olunur ki, Qoar Abacyan bu yaxınlarda “İnvestisiyaların Təşviqi Mərkəzi” Fondunun direktoru təyin edilib.

Bundan başqa, komissiyanın yenilənmiş tərkibinə Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da daxil edilib. Hazırda o, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!